Qazaxıstanın Taraz şəhər sakini Çexiyada iş tapmaq istəyərkən yarım milyon təngə itirib.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, bir sıra xaricdə iş elanları ilə bağlı fırıldaqçılıq bütün ölkəni bürüyüb. Taraz şəhərində fırıldaqçılar xaricdə iş tapmaq istəyənləri Çexiyaya “göndəriblər”.
48 yaşlı yerli sakin Taraz polisinə ərizə ilə müraciət edərək internet fırıldaqçılarının qurbanına çevrildiyini bildirib.
"Ərizə verənin sözlərinə görə, İnstaqram sosial şəbəkəsində o, Çexiyada işə qəbul elanı görüb. Qadın linki izləyib və potensial “işəgötürənlər”lə əlaqə saxlayıb. Ona sənədlər və iş icazəsi almaq üçün 500 min tenge ödəməli olduğunu bildiriblər. O, pulu göstərilən hesaba köçürdükdən sonra onunla əlaqəni kəsiblər2, deyə Jambil vilayəti polis idarəsinin mətbuat xidmətindən bildiriblər.
Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinin 2-ci hissəsi “Dələduzluq” maddəsi ilə ibtidai istintaq başlayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəli bilinən 27 yaşlı Astana sakini saxlanılıb.
“Şübhəli öz günahını tamamilə etiraf edib, araşdırma aparılır”, - deyə polisdən bildirilib.
QAZİLER.AZ