Zaporojyedə oktyabrın 18-də Rusiyanın raket hücumu nəticəsində 5 dinc sakin həlak olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Yuri Malaşkonun Teleqramına istinadən məlumat yayıb.
"Rusiya terrorçularının Zaporojyedə gecə törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. İtkin düşmüş hesab edilən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb", - rəsmi yazıb.
O əlavə edib ki, 5 yaralı şəhər sakini tibb müəssisələrinə aparılıb.
Xatırladaq ki, bu gün, oktyabrın 18-də rus işğalçıları Zaporojyedə hündürmərtəbəli binaya raket zərbəsi endiriblər. Bir girişin bir neçə mərtəbəsi dağıdılıb.
QAZİLER.AZ