İran İsraili mühakimə etməyə çağırıb

İran İsraili mühakimə etməyə çağırıb backend

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə neft tədarükünə embarqo qoyulmasına və fələstinlilərə qarşı hərbi cinayətlərə görə mühakimə olunmasına çağırıb.

Qaziler.az “rambler.ru”ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib. Abdullahian Qətərin xarici işlər naziri ilə görüşdə belə təkliflərlə çıxış edib.

Abdullahyanın sözlərinə görə, ABŞ prezidenti Co Baydenin “fələstinlilərə qarşı törədilmiş bütün cinayətlərdən sonra” İsrailə səfəri Vaşinqtonun İsrail hakimiyyətinin “tam tərəfində” olduğunu və onların bütün hərəkətlərini qeyd-şərtsiz dəstəklədiyini göstərir.

“Amerika bilməlidir ki, bütün tərəflər təmkinli davrana bilməz. region nəzarətdən çıxır, ona görə də Yaxın Şərq ölkələri “praktik tədbirlər görərək İsrailə və onun havadarlarına güclü siqnal verməlidir”, - iranlı nazir deyib.

QAZİLER.AZ

Diaspora