Tehranda Səudiyyə Ərəbistanına qarşı aksiya: daha 114 cənazə gətirildi

Tehranda Səudiyyə Ərəbistanına qarşı aksiya: daha 114 cənazə gətirildi backend

Minadakı izdihamda ölən iranlı hacılar üçün Tehranda təşkil olunan dəfn mərasimi Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı aksiyaya çevrilib.


APA TV-nin məlumatına görə, ötən gün aralarında "İnqilab gözətçiləri"inin də olduğu 114 nəfərin cənazəsi Tehrana gətirilib. Bundan əvvəl isə daha 104 cənazə prezident Həsən Ruhani tərəfindən qarşılanmışdı.

Rəsmi Tehran Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarətini yetərincə yaxşı təşkil etmədiyini düşünür və tələb edir ki, hakimiyyət baş verən faciəyə görə cavab verməlidir.

Qeyd edək ki, Minadakı faciə zamanı 464 vətəndaşının həyatını itirdiyini açıqlayan İran Səudiyyə Ərəbistanı Krallığını beynəlxalq məhkəməyə verib.


Diaspora