Keçmiş prezident Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni zəiflikdə və səriştəsizlikdə ittiham edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, o bu barədə “Newsweek” jurnalına yazdığı məqalədə deyib.
Onun fikrincə, bu, Fələstinin HƏMAS hərəkatının və İranın güclənməsinə səbəb olub.
Tramp Baydenin atdığı hər addımda ABŞ-ın bütün dünyada düşmənlərini gücləndirdiyini və onlara güvən verdiyini vurğulayıb.
“Bu, xüsusilə də HƏMAS terror qruplaşması və onların qatil sponsoru, İrandakı bədxah rejimə aiddir”, - o deyib.
Donald Tramp həmçinin bildirib ki, HƏMAS-ın İsrailə hücumu göstərdi ki, ABŞ-ın prezidenti güclü olanda dünya təhlükəsizlikdə olur.
QAZİLER.AZ