Yaponiyanın avtomobil istehsalçısı “Toyota”nın hissələrinin tədarükçüsü olan “Chuo Spring” şirkətinə aid zavodda partlayış baş verib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Toyota” “Chuo Spring”in fabrikində baş verən partlayışdan sonra 6 fabrikində istehsalı müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Bildirilib ki, iki işçinin yaralanması ilə nəticələnən partlayış nəticəsində müəssisədəki quruducu sobalar zədələnib.
“Toyota”nın açıqlamasına görə, Yaponiyada 6 fabrikdə 10 istehsal xətti partlayışdan sonra hissələrin tədarükünda yaranan çatışmazlıq səbəbindən müvəqqəti olaraq dayandırılıb. İstehsal xətlərinin həftə ərzində yenidən nə vaxt işə salınacağı hələ məlum deyil.
Mənfi təsirə məruz qalan istehsal xətlərinin “Toyota”nın “Land Cruiser” və “RAV4” modelləri üçün olduğu bildirilir.
QAZİLER.AZ