Sisi: “Fələstinliləri Misirə alsam İsrail bizə hücum edəcək”

Sisi: “Fələstinliləri Misirə alsam İsrail bizə hücum edəcək” backend

Misir İsrail ordusunun bombardmanları nəticəsində Qəzzanı tərk etmək məcburiyyətində qalan fələstinliləri qəbul etmək üçün Qərbin təzyiqi ilə üzləşib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Avropaya reaksiya verən Qahirə hökuməti “Əgər insan haqlarına bu qədər əhəmiyyət verirsiniz, o zaman onları (1 milyon fələstinlini) siz alın” deyib.

Bu məsələ Misir prezidenti Əbdülfəttah əs-Sisinin də gündəmində də olub. Sisi İsrailin Qəzzaya hücumlarından qaçan fələstinli qaçqınların Sinay yarımadasında yerləşdirilməsi ehtimalını rədd edib.

Qahirədə Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında danışan Sisi "işlənə bilən" həll yoluna ehtiyac olduğunu bildirib.

Sisi xəbərdarlıq edib ki, fələstinlilər Sinaya yerləşdirilsə, Misir İsrailə qarşı müharibəyə sürüklənəcək:

“Fələstin vətəndaşlarının Qəzza zolağından Sinaya köçürülməsi anlayışı müharibə və müqavimət anlayışının Qəzzadan Sinaya köçürülməsindən başqa bir şey deyil. Bu yolla Sinay İsrailə qarşı hərbi əməliyyatlar üçün bazaya çevriləcək. Bu halda İsrail özünü müdafiə etməyə çalışacaq. İsrail ordusu Misir və Sinaya yönəldiləcək".

Sisi İsrailin Qəzzanı tam blokadaya almasının fələstinliləri zorla Sinaya yönəltmək taktikası olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora