Artıq bir neçə ildir ki, sərxoş turistləri cilovlamağa çalışan İspaniyanın məşhur Mayorka və İbiza adaları daha radikal tədbirlərə əl atmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, “Mirror”un məlumatına görə, Balear adalarının hökuməti növbəti mövcud reysdə ədəb standartlarını pozan xarici qonaqların deportasiyasına və ya ölkəyə girişinə qadağa qoyan yeni qanun qəbul etmək niyyətindədir. .
Yerli hakimiyyət orqanları bu yolla səs-küylü turistlərdən təngə gələn yerli sakinlərin dincliyini qorumaq, eləcə də daha rahat istirahət axtaran ailəvi turistləri üçün prioritet şərait yaratmaq istəyir.
Bununla belə, yeniliklərin təşəbbüskarları ehtiyat edirlər ki, Balear hökumətinin anti-sosial turistləri qara siyahıya salmaq cəhdləri, istirahət edənlərin Aİ-yə üzv ölkələrdən gəldiyi hallarda sərbəst hərəkət haqqında Aİ qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilər.
QAZİLER.AZ