Kambocanın ən yeni və ən böyük hava limanı ölkənin ən yaxşı turistik məkanı olan, şimal-qərbində yerləşən Siem Reap əyalətindəki çoxəsrlik Anqkor-Vat məbəd kompleksinə xidmət etmək üçün qapılarını açıb.
Qaziler.az xəbər verir ki, məlumatı “The İndependent” yayıb.
Hava limanının ilk günündə 16 uçuşun gerçəkləşdirilməsi planlaşdırılıb.
Hava limanı Anqkor Vatdan təxminən 40 kilometr şərqdə 700 hektar ərazidə 1,1 milyard dollara tikilib. Onun 3600 metr uzunluğunda uçuş-enmə zolağı var. Onun tikintisinə 2020-ci ildə məbəd kompleksindən təxminən 5 kilometr aralıda yerləşən köhnə hava limanının əvəzi kimi başlanılıb.
Hava limanında uçuşlar hərdən dayandırılır. Buna səbəb uçuşlar zamanı yaranan vibrasiyaların məbədin təməlinə zərər verə biləcəyidir.
QAZİLER.AZ