Rusiyada məmur Ukraynada döyüşmək üçün istefa verib

Rusiyada məmur Ukraynada döyüşmək üçün  istefa verib backend

Vladimir vilayətinin Kirjaçski rayonunun rəhbəri Sergey Budkin istefa ərizəsi yazıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Zebra TV” regional portalı mənbələrə istinadən yayıb.

Onun sözlərinə görə, o, əvvəllər bir neçə dəfə Ukraynada döyüşmək istədiyini bildirib. Məmur bir ildən az müddətdir ki, Kirjaç rayonunun rəhbəri vəzifəsində çalışıb.

Qeyd edilib ki, Budkinin istefası ilə bağlı məsələyə Vladimir vilayətinin Kirjaç rayonunun Xalq Deputatları Şurasının oktyabrın 18-də keçiriləcək iclasında baxılacaq.

QAZİLER.AZ

Diaspora