İordaniya və Misir Qəzza qaçqınlarını qəbul etməkdən imtina etdi

İordaniya və Misir Qəzza qaçqınlarını qəbul etməkdən  imtina etdi backend

"İordaniya və Misir Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyəcək".

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bunu İordaniya kralı Abdulla Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında deyib.

"Bu qırmızı xətdir. Artıq fələstinli qaçqınlar yoxdur - nə İordaniyada, nə də Misirdə", - Petra dövlət xəbər agentliyi monarxın sözlərindən sitat gətirib.

Abdullahın sözlərinə görə, problem Qəzza zolağının daxilində və İordan çayının qərb sahilində həll edilməlidir və başqa dövlətlərin çiyninə atılmamalıdır.

QAZİLER.AZ

Diaspora