İsrail ordusu Qəzza zolağı sakinlərinin hərəkətlərini izləmək və cənub bölgələrinə evakuasiyanı koordinasiya etmək üçün onların mobil telefon məlumatlarından istifadə edir.
Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri bir milyondan çox mobil cihazdan alınan məlumatdan istifadə edərək, Qəzza zolağının şimal hissəsindəki hərəkətləri real vaxt rejimində izləyir.
İsrail ordusunun generalı Udi Ben-Muxa bu sistemin 100% mükəmməl olmadığını, lakin hərbi əməliyyatların başlanması ilə bağlı qərarların qəbulu üçün lazımi məlumatları təmin etdiyini bildirib.
QAZİLER.AZ