2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikaya qarşı keçirəcəkləri oyundan əvvəl İsveç millisinin iki azarkeşini güllələyən şəxs kafelərdən birində öldürülüb. Bu barədə yerli mətbuat xəbər verib.
Qeyd olunur ki, bir şahid şübhəlini kafedə görüb, bundan sonra polis hadisə yerinə gəlib. Polisin gəldiyini görən qatil hadisə yerindən qaçmaq istəyərkən polis atəş açmağa məcbur olub. Açılan atəş zamanı qatil yaralanıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaralını həyata qaytarmağa çalışıblar. Cinayətkar xəstəxanaya yerləşdirilib və orada ölüb. Kafedən ona məxsus silah və paltar olan çanta tapılıb.
Oktyabrın 16-da bazar ertəsi axşam saatlarında Brüsseldə Belçika və İsveç milli komandaları arasında 2024-cü il Avropa çempionatının seçmə oyunu zamanı naməlum şəxs atəş açıb. Bu zaman İsveç millisinin iki azarkeşi həlak olub, daha biri isə yaralanıb. Brüsseldə terror təhlükəsinin səviyyəsi 4-ə - “ciddi və gözlənilməz təhlükəyə”, ölkənin qalan hissəsində isə 3-ə qaldırılıb.
QAZİLER.AZ verdiyi məlumata görə, prokurorluq istintaqı davam etdirir. Ölkənin federal prokuroru qeyd edib ki, təcavüzkarın Yaxın Şərqdəki münaqişə ilə hər hansı əlaqəsi ola biləcəyinə dair heç bir sübut yoxdur. Müəyyən edilib ki, şübhəli şəxs 2019-cu ilin noyabrında Belçikadan siyasi sığınacaq istəyən 45 yaşlı Tunis vətəndaşı olduğu ehtimalı var.
Bir müddət əvvəl Belçika millisinin müdafiəçisi Tomas Mönye İsveç millisinin azarkeşlərinin qətlə yetirilməsinə münasibət bildirmişdi.
QAZİLER.AZ