Kremlin jurnalistləri Rusiya prezidenti Vladimir Putinin səyahət zamanı qol saatındakı vaxtı dəyişməmək vərdişinə diqqət çəkib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə onların teleqram kanalında məlumat verilib.
“Putin səyahət zamanı saatını dəyişmir. Moskva vaxtı ilə yaşayır”, - mesaja aydınlıq gətirilib.
Müxbirlər hazırda Çində səfərdə olan Rusiya liderinin fotosunu dərc ediblər: "Fotodan görünür ki, prezidentin saatının üzərindəki əqrəblər Pekinin deyil, Moskvanın vaxtını göstərir", - paylaşımda qeyd edilib.
QAZİLER.AZ