Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisulit Rusiya lideri Vladimir Putinlə rus dilində danışıb.
Qaziler.az xəbər verir ki, söhbətin video fraqmenti “RİA_Kremlinpool” teleqram kanalı tərəfindən dərc edilib.
Asiyanın dövlət başçısı həmkarına görüşə görə təşəkkür edib və Şərq İqtisadi Forumunda (EEF) iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.
Mən rus dilində danışmaq istəyirəm. Vladimir Vladimiroviç, çox məşğul olduğunuz halda bu gün sizinlə görüşmək imkanı yaratdığınız üçün çox sağ olun. "Dəvət etdiyiniz Vladivostokdakı forumda iştirak edə bilmədiyim üçün təəssüflənirəm", - Laos Prezidenti deyib.
QAZİLER.AZ