Rusiyada bu şəxslərə ordudan möhlət hüququ verilə bilər

Rusiyada bu şəxslərə ordudan möhlət hüququ verilə bilər backend

Dövlət Dumasına kiçik şəhər və kəndlərdə işləyən müəllim və həkimlərin hərbi xidmətdən möhlət verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Qaziler.az “Nyus.ru”ya isinadla xəbər verir ki, bu təşəbbüslə “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının deputatları çıxış ediblər.

Dövlət Dumasının elektron məlumat bazasında dərc olunmuş sənəddə layihə müəllifləri bunu orta məktəblərdə kadr çatışmazlığı və tibb işçilərinin azlığı ilə izah ediblər.

Məlumatda qeyd edilir ki, Rusiyada orta məktəb müəllimlərinin kadr çatışmazlığı təxminən 250 min vakansiya (vəzifələrin 3,1%) təşkil edir. Qanun layihəsinin izahatında deyilir ki, Rusiyada müvafiq olaraq 26,5 və 50 min vəzifə (76,5 min vəzifə) həcmində həkim və orta tibb işçiləri çatışmazlığı var.

QAZİLER.AZ

Diaspora