Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı hücumun yeni görüntülərini yayıb.
APA TV-nin məlumatına görə, videoda Rusiya təyyarələrinin Türkiyə sərhədinə yaxın İdlib bölgəsində İŞİD-ə aid 10 hədəfi vurduğu göstərilir.İddialara görə, Rusiyanın vurduğu bölgə İŞİD-in yox, müxalif üsyançıların nəzarəti altındadır. Moskva rəhbərliyi isə bütün müxalif qrupları terror təşkilatı kimi gördüklərini və əməliyyatların təkcə İŞİD-ə qarşı olmadığını vurğulayıb.
Rusiyanın hava hücumu ilə müxalifləri hədəfə alması Hələbdə etiraz aksiyasının keçirilməsinə səbəb olub.
Qeyd edək ki, İdlibdəki hava hücumu nəticəsində "əl-Cəzirə" telekanalı üçün çalışan bir qrup jurnalistlə yanaşı, “Ağ Bərəlilər” adlı yardım təşkilatının nümayəndələri də vurulub.
Digər yandan, İran televiziya kanalına danışan Suriya prezidenti Bəşər Əsəd Rusiya, İran və İraqla birlikdə terrorizmlə mübarizə üçün koalisiya yaratdıqlarını bildirib. Əsəd ABŞ-ı terrorizmlə mübarizədə yetərincə səy göstərməməkdə suçlayıb.