Fələstinli HƏMAS yaraqlıları İsrailə hücumda Şimali Koreya silahlarından istifadə ediblər.
RBC-Ukrayna Amerikanın Səsinə istinadən xəbər verir ki, bunu İsrailin Cənubi Koreyadakı səfiri Akiva Tor bildirib.
"Bizə hücum edilən Qəzzada Şimali Koreya silahlarından istifadə edirlər" - deyə Tor bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, Şimali Koreyanın bu silahları kifayət qədər uzun müddətdir ki, İrandadır.
“Biz bu silahları Qəzzada məhv edəcəyik”, o əlavə edib.
QAZİLER.AZ