Yaxın Şərqdəki müharibə Ukraynaya yardıma təsir etməyəcək - Almaniyanın xarici işlər naziri

Yaxın Şərqdəki müharibə Ukraynaya yardıma təsir etməyəcək -  Almaniyanın xarici işlər naziri backend

Almaniya Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, Ukrayna və Moldovanı dəstəkləməyə davam edəcək.

Qaziler.az-ın məlumatına görə, Die Zeit-ə istinadən xəbər verir ki, bunu Kişinyovda keçirilən Moldova tərəfdarlarının IV konfransında Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

“Yaxın Şərqdəki vəziyyətin bizi gərgin vəziyyətdə saxladığı bu günlərdə vurğulamaq mənim üçün vacibdir: biz Ukrayna və Moldova ilə çiyin-çiyinə dayanmağa davam edirik”, – Burbok qeyd edib.

O, həmçinin əlavə edib ki, Almaniya Moldovanı enerji və iqtisadi məsələlərdə, eləcə də Aİ-yə daxil olmaq yolunda islahatlarda dəstəkləyəcək və gələn il bu məqsədlər üçün 95 milyon avro ayıracaq.

QAZİLER.AZ

Diaspora