Rusiya səfiri ən azı bir rusiyalının HƏMAS tərəfindən əsir götürüldüyünü açıqlayıb

Rusiya səfiri ən azı bir rusiyalının HƏMAS tərəfindən əsir götürüldüyünü açıqlayıb backend

Rusiyanın İsraildəki səfirindən bildirilib ki, bir rusiyalının HƏMAS-ın əsirliyində olduğu müəyyən edilib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Fələstinin HƏMAS hərəkatının girovların siyahısında ikili vətəndaşlığı olan bir rusiyalının olduğu müəyyən edilib.

Bu barədə oktyabrın 17-də keçirdiyi mətbuat konfransında Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov məlumat verib.

O əlavə edib ki, girov saxlanılan daha çox rusiyalı ola bilər. Viktorovun sözlərinə görə, Rusiya tərəfi tezliklə atəşkəs rejiminin yaradılmasını və Fələstin-İsrail münaqişəsi zonasında humanitar dəhlizlərin açılmasını zəruri hesab edir.

QAZİLER.AZ

Diaspora