Qazaxıstan Prezidenti Prezident Kasım-Jomart Tokayev Pekin Dil və Mədəniyyət Universitetinin ərazisində orta əsr filosofu və alimi Əbu Nəsr Əl-Fərabinin büstünün açılış mərasimində iştirak edib.
Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan mətbuatı xəbər verir.
Kasım-Jomart Tokayevin Çinə səfəri çərçivəsində baş tutan açılış mərasimində Çin Xalq Respublikasının təhsil nazirinin müavini Vanq Quanyan, Universitetin Partiya Komitəsinin katibi Ni Haydun, universitetin rektoru Duan Pen, universitetin professoru Liu Şitsin, eləcə də Milli İncəsənət Muzeyinin direktoru və büstün müəllifi U Veyşan iştirak edib. .
Qazaxıstan lideri çıxışında Əl-Fərəbinin dünya sivilizasiyasının intellektual yüksəlişindəki xidmətlərindən danışıb.
Qasım-Jomart Tokayev qeyd edib ki, müasirləri ensiklopedik biliyə malik Əl-Farabini Aristoteldən sonra “ikinci müəllim” adlandırıblar.
QAZİLER.AZ