Kolumbiya İsrailin Boqotadakı səfirindən ölkəni tərk etməyi tələb edir

Kolumbiya İsrailin Boqotadakı səfirindən ölkəni tərk etməyi tələb edir backend

Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva bəyan edib ki, İsrailin Boqotadakı səfiri Qali Daqan prezident Qustavo Petroya "hörmətsizlik edib" və onu ölkəni tərk etməyə çağırıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, X sosial media hesabında paylaşım edən Leyva İsrail səfirinin prezidentə qarşı "kobudluq" etdiyini bildirib, ondan üzr istəməsini və ölkəni tərk etməsini istəyib.

Leyva, "Universal diplomatiya İsrailin Kolumbiyadakı səfirinin prezident Qustavo Petroya qarşı axmaq təkəbbürünü tarixi bir mərhələ kimi qeyd edəcək. Bu, utancverici bir şeydir, heç olmasa üzr istəyin və gedin" - deyib.

Petronun Fələstin məsələsinə baxışı ilə bağlı xüsusilə sosial mediada tərəflər arasında gərginlik yaşanır.

QAZİLER.AZ

Diaspora