İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ilə müharibənin uzun sürəcəyi barədə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə CNN xəbər verir.
"Baha başa gələcək, lakin biz İsrail, yəhudi xalqı və hər iki ölkənin inandığı dəyərlər üçün qalib gələcəyik", - deyə Qallant bildirib.
Öz növbəsində ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İsrail “hər zaman Birləşmiş Ştatların dəstəyinə malik olacaq”.
Eyni zamanda o, əlavə edib ki, Birləşmiş Ştatlar “İsrailin haqqına, üstəlik, özünü və xalqını müdafiə etmək məsuliyyətinə dərindən sadiqdir”.
QAZİLER.AZ