Uqrada kişi oyun zamanı ucadan qışqırdığı üçün qonşusu olan oyunçunu vəhşicəsinə döyüb.
Xantı-Mansi Muxtar Dairəsində (XMAO-Yuqra) kişi oyun zamanı ucadan qışqıraraq omu yatmağa qoymayan qonşusunu vəhşicəsinə döyüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində “Uqra Məhkəmələri” qrupu məlumat yayıb.
Hadisə Radujnı şəhərində baş verib. Rusiyalı kişu işdən sonra evdə dincəlmək istəsə
də, kompüter oyunları oynayan qonşusunun qışqırtılarından və söyüşlərindən yata bilməyib. Əsəbiləşən kişi qonşu mənzilə gedib və mübahisədən sonra oyunçuya yumruqla hücum edib, onun başına bir neçə zərbə endirib.
Ağır xəsarət alan oyunçu xəstəxanaya yerləşdirilib.
Məhkəmə onu döyən haqqında 3 il müddətinə şərti azadlıqdan məhrum edilməsi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarıb.
QAZİLER.AZ