NATO-nun baş katibi Yens Stoltenberq Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlar aparıb və o, Ukraynaya dəstəyin vacibliyindən danışıb.
Bu barədə RBC-Ukrayna Stoltenberqin Twitter-dəki mesajına istinadən məlumat yayıb.
"Macarıstanın baş naziri Viktor Orban ilə söhbətdə biz Ukraynadakı vəziyyəti və dəstəyimizin vacibliyini müzakirə etdik. Qeyri-sabitliyin və qlobal rəqabətin artdığı bir dövrdə biz NATO-da sıx birlikdə olmağa davam etməliyik" dedi.
Stoltenberq həmçinin əlavə edib ki, o, Orbanla İsveçin Alyansa daxil olması məsələsini müzakirə edib.
QAZİLER.AZ