Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib.
Trend- in verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ən azı beş nəfər həlak olub, 160-dan çox insan yaralanıb.Çin Milli Meteorologiya Mərkəzindən bildirilib ki, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir.