Yaxın Şərq planetin ən təhlükəli bölgəsi seçilib

Yaxın Şərq planetin ən təhlükəli bölgəsi seçilib backend

“Bu gün Yaxın Şərq planetin ən təhlükəli bölgəsidir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Ruslan Səfərov “Tsargrad.tv”də səsləndirib. O qeyd edib ki, son iki ildə Birləşmiş Ştatlar qarşı-qarşıya gələn dövlətlərdə iqtisadi təzyiqin səmərəsizliyinə əmin olub, ona görə də yeganə variant güclə müdaxilədir.

“Blinken hazırda Yaxın Şərqə səfər edir, onun turuna İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və s. daxildir. Onun vəzifəsi Yaxın Şərq ölkələrinin Vaşinqtonun təsirinə dözməyə nə dərəcədə hazır olduqlarını anlamaqdır. Əsas sual budur. Diplomat onların hazır olmadığını bilsə, amerikalılar bölgəni tam şəkildə alovlandıracaqlar”, - Səfərov bildirib.

O, əlavə edib ki, ABŞ bu gün orada Çin və Rusiyanın təsirinin artdığını görərək, regionda hökmranlığını saxlamaq üçün var gücü ilə çalışacaq.

QAZİLER.AZ

Diaspora