Rusiya Qərbin kosmik peyklərini məhv etməklə HƏDƏLƏDİ

Rusiya Qərbin kosmik peyklərini məhv etməklə HƏDƏLƏDİ backend

Qərb ölkələrinin münaqişələrdə istifadə etdiyi kvazi mülki kosmik peykləri zərbələr üçün qanuni hədəfə çevrilə bilər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və silahlara nəzarət departamentinin direktoru Vladimir Yermakov bildirib. Onun verdiyi məlumata görə, belə peyklər dinc kosmik fəaliyyətin davamlılığına təhlükə yaradır.

“Kosmosda kvazi mülki infrastruktur məntiqi olaraq cavab zərbəsi üçün qanuni hədəf ola bilər”, - o deyib

Yermakov həmçinin vurğulayıb ki, Qərb ölkələrinin hərəkətləri diplomatik şöbə üçün suallar yaradır. O xatırladıb ki, 1967-ci il Kosmos Müqaviləsi kosmosdan müstəsna olaraq dinc məqsədlərlə istifadəni nəzərdə tutur və dövlətlərdən onun müharibə üçün istifadəsini qəti şəkildə pisləmələrini tələb edir.

QAZİLER.AZ

Diaspora