Fransada sel 16 nəfərin canını aldı

Fransada sel 16 nəfərin canını aldı backend

Fransada baş verən sel nəticəsində 16 nəfər həyatını itirib. APA TV-nin məlumatına görə, yüzlərlə insanın evsiz qalması ilə nəticələnən seldən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Fransanın cənub-şərqində baş verən sel nəticəsində ölü sayı artmaqda davam edir. Xilasedicilər təkcə Alpes-Maritimes bölgəsində 16 nəfərin cəsədini sudan çıxarıblar. İtkin düşən 3 nəfərin axtarışları isə hələ də davam edir.

Məşhur Kann şəhərində dəmiryolu stansiyaları sular altında qalıb. Avtomobil yollarında isə nəqliyyatın hərəkəti tamamilə mümkünsüz hala gəlib.

Hazırda Fransa hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı iş aparır.


Diaspora