“ABŞ-da islamafobiyaya yer yoxdur”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden İllinoys ştatında altı yaşlı uşağın öldürülməsi və müsəlmanlara nifrət zəminində anasına qarşı sui-qəsd cəhdi fonunda deyib.
Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, Bayden amerikalıları ksenofobiya və bütün formalarda nifrətdən birgə imtina etməyə çağırıb.
“Amerikalılar birlikdə islamafobiyanı, eləcə də ksenofobiyanı və bütün formalarda nifrəti rədd etməlidirlər. Amerikada kiməsə qarşı nifrətə yer yoxdur”, - deyə Bayden bildirib.
Amerika prezidenti vurğulayıb ki, o, 6 yaşlı uşağın vəhşicəsinə öldürülməsi və anasının öldürülməsinə cəhddən dəhşətə gəlib. Onun sözlərinə görə, söhbət ABŞ-a köçən fələstinli müsəlmanlardan gedir.
QAZİLER.AZ