İsrailin baş naziri Binyamin Netanyahu yeni fövqəladə nazirlər kabinetinin ilk iclasında HƏMAS-ı məhv edəcəyinə söz verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barərə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hökumətin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə Nazirlər Kabinetinin formalaşdırılmasından sonra ilk dəfə yeni tərkibdə keçirilib.
"Həmas bizim dağılacağımızı düşünürdü. Biz HƏMAS-ı məhv edəcəyik", - deyə Netanyahu qeyd edib.
Baş nazir iclasda fövqəladə hallar kabinetinin bir komanda və vahid cəbhə kimi gecə-gündüz işlədiyini vurğulayıb.
Netanyahu qeyd edib ki, o, cəbhə xəttində hərbçilərlə şəxsən ünsiyyət qura bilib.
Qeyd edək ki, oktyabrın 14-də Netanyahunun İsrail Müdafiə Qüvvələrinin (IDF) piyadalarına növbəti mərhələnin yaxınlaşdığını elan etdiyi bildirilir.