ABŞ bu hüququ İSRAİLƏ VERDİ: ordu istənilən vaxt...

ABŞ bu hüququ İSRAİLƏ VERDİ: ordu istənilən vaxt... backend

"Birləşmiş Ştatlar Qəzza zolağına müdaxilə üçün quru əməliyyatının başlama tarixini və miqyasını İsrail Müdafiə Qüvvələrinin (IDF) müəyyən etmək hüququnu özündə saxlayır".

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"IDF vaxtı təyin edəcək və bu əməliyyatın həcmini və xarakterini müəyyənləşdirəcək", - Sallivan qeyd edib.

O, ıməliyyatın məqsədi ilə bağlı suala cavab olaraq deyib: "

Əməliyyat məqsədi İsrailin və yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir".

Bundan əvvəl İsrailin Qəzzada quru əməliyyatlarınə təxirə salındığı bildirilirdi. "The New York Times"ın məlumatına görə, əməliyyat oktyabrın 14-15-də başlamalı idi, lakin hava şəraiti ilə əlaqədar bir neçə gün təxirə salınması qərara alınıb.

 

 

 

 

Diaspora