"Telegram"ın yaradıcısı Pavel Durov HƏMAS-la əlaqəli kanalları bağlamaqdan imtina edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Durov imtina qərarını aşağıdakı kimi izah edib:
“HƏMAS bu həftənin əvvəlində "Telegram"dan istifadə edərək, Aşkelon vətəndaşlarını raket hücumlarından əvvəl ərazini tərk etmələri barədə xəbərdar etdi. Onların kanalının bağlanması insanların həyatını xilas etməyə kömək edəcək, yoxsa daha çox insanın həyatını riskə atacaq?