Corc Soros bütün dünyada 25 milyard dollarlıq fondunu bağlayır.
QAZİLER.AZ Publika.az- a istinadən xəbər verir ki, Corc Soros tərəfindən qurulan 25 milyard dollarlıq beynəlxalq fondlar şəbəkəsi işçilərinin 40 faizindən çoxunu ixtisar etməyə hazırlaşdığı üçün bütün dünya üzrə ofislərini bağlayır. Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Fondun proqramlar üzrə vitse-prezidenti Binaifer Novroji, "İyun ayında idarə heyətinin əməkdaşların 40%-dən çoxunun ixtisar edilməsi ilə bağlı qərarına görə, bizim işçilərin sayı və coğrafi varlığımız mütləq azaldılmalıdır" deyib.