Çuvaşiyanın Novoçeboksarsk şəhərinin rəhbəri Dmitri Pulatov vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədətTeleqram kanalı “112” məlumat yayıb.
Onun birbaşa meriyadan dindirildiyi, əməliyyat tədbirlərinin administrasiyanın ərazisində aparıldığı qeyd edilib.
Telekanalın məlumatına görə, prokurorluğun araşdırmasının materialları əsasında şəhər rəhbərinə qarşı cinayət işi açılıb. Merə qarşı qaldırılan iddialar “Şəhər mühitinin formalaşdırılması” dövlət proqramının icrası zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı ola bilər.
QAZİLER.AZ