Rusiya Federasiyasının Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini genişləndirərək ona daha 9 nəfər əlavə edib.
Qaziler.az “gazeta.ru”ya istinadla xəbər verir ki, müvafiq siyahı idarənin rəsmi saytında dərc olunub.
Əldə edilən məlumata görə, jurnalistlər Sergey Kovalçenko və Yelena Malaxovskaya xarici agent kimi tanınıblar. Reyestrə aktivist Andrey Rudoy, “Titushki in Krasnodar” Telegram kanalının müəllifi Vitali Votanovski və media meneceri Aider Mujdabayev də əlavə edilib.
Həmçinin, siyahıya "Oturan Rusiya" Fondunun rəhbəri Olqa Romanova və Voloqda vilayətinin qanunvericilik məclisinin keçmiş deputatı Yevgeni Domojirov da əlavə edilib. Eyni zamanda, Noqay milli hərəkatının nümayəndəsi Ənvər Kurmanakayev, eləcə də “Qazprombank”ın keçmiş vitse-prezidenti və uzun müddət “Qazprom”un mətbuat xidmətinin rəhbəri olmuş İqor Volobuyev xarici agent statusu alıblar.
Nazirliyin saytında qeyd edildiyi kimi, bu şəxslər Ukrayna hakimiyyətini açıq şəkildə dəstəkləyib və ya Rusiyanın fəaliyyəti ilə bağlı yalan məlumatlar yayıblar. Bundan əlavə, idarənin məlumatına görə, onlardan bəziləri digər xarici agentlərin materiallarının yaradılmasında iştirak ediblər.
QAZİLER.AZ