Fransız dili müəllimi öldürülüb
Fransanın mərkəzində Parisə yaxın Arras bölgəsində orta məktəbə silahlı basqın olub. Silahlı şəxs əvvəlcə məktəbin həyətində insanlara hücum edib. Sonra "Allahu Əkbər"deyib, məktəbə daxil olub.
Şahidlərin sözlərinə görə, silahlı gənc məktəblilərə hücum etsə də, vaxtında onu tərki-silah etmək mümkün olub. Hadisə vaxtı Fransız dili müəllimi həlak olub. Məktəbin mühafizə xidmətinin əməkdaşı ağır yaralanlb, hazırda vəziyyəti ağırdır.
QAZİLER.AZ verdiyi məlumata görə silahlı şəxsin 2003-cü ildə Rusiyada doğulmuş çeçen əsilli Maxomed Moqouçkov olduğu bildirilib. Həmin ərazidə başqa bir məktəbdə isə onun qardaşı Suleyman Moqouçkovun da məktəbə basqın etdiyi və tutulduğu xəbəri verilib
Hadisə yerinə Fransa prezidenti Emmanuel Makron, Daxili işlər naziri Jerald Dermanen, Təhsil naziri Qabriel Attal gəliblər.
QAZİLER.AZ