ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı (UAW) “Ford”un Kentukki ştatındakı yük maşınları zavodunda tətilə başlayıb.
Qaziler.az xəbər verir ki, UAW tərəfindən edilən şərhdə, 8 min 700 həmkarlar ittifaqının üzvü işçinin xəbərdarlıq etmədən işini tərk etdiyi və “Ford”un Louisvilledəki "ikonik və yüksək gəlirli" yük maşını zavodunu bağladığı bildirilib.
Tətil çağırışı UAW prezidenti Shavn Fain və vitse-prezident Çak Brauninq tərəfindən “Ford”un müqavilə danışıqlarında irəli getməkdən imtina etdikdən sonra edilib.
Ford və digər avtomobil istehsalçıları ilə ədalətli müqavilə bağlamağın vaxtının çatdığını qeyd edən Fain bunları deyib:
“Əgər bunu başa düşə bilmirlərsə, 8700 işçinin son dərəcə yüksək gəlir gətirən bu obyekti bağlaması, 4 həftə sonra onlara bunu anlamağa kömək edəcək”.
Digər tərəfdən, Ford tərəfindən edilən şərhdə, UAW-nin tətil çağırışı "son dərəcə məsuliyyətsiz" olaraq xarakterizə edilib.
QAZİLER.AZ