“Telegram”ın qurucusu Pavel Durov messencer səhifəsində bu platformada HƏMAS kanalını blok etməyəcəyini bildirib. O izah edib ki, “Telegram”ın alqoritmlərindən təbliğat üçün istifadə edilə bilməz, lakin xəbərdarlıqlar vasitəsilə mülki insanları xilas etmək şansı var.
Qaziler.az bu barədə “nyus.ru”ya istinadla xəbər verir.
Durov izah edib ki, “Telegram” moderatorları və süni intellekt alətləri bütün zərərli məzmunu silir. Üstəlik, insanlara şok effekti verən videoları təbliğ edən digər tətbiqlərdən fərqli olaraq, “Telegram” istifadəçiləri yalnız özlərinin abunə olduqları məlumat və materialları alırlar.
“Beləliklə, “Telegram” kanallarından təbliğatı gücləndirmək üçün istifadə olunma ehtimalı azdır. Əksinə platforma tədqiqatçılar, jurnalistlər və aradırmaçılar üçün unikal məlumat mənbəyi rolunu oynayır”, - deyə sosial şəbəkənin yaradıcısı bildirib.
QAZİLER.AZ