Terrorçuluğa bəraət qazandırmaqda təqsirli bilinən deputata qarşı iş açılıb

Terrorçuluğa bəraət qazandırmaqda təqsirli bilinən  deputata qarşı iş açılıb backend

Rusiya ordusunu nüfuzdan saldığına görə 7 il müddətinə azadlıqdan məhrum edilən Moskvanın Krasnoselski rayonunun keçmiş deputatı Aleksey Qorinova qarşı yeni cinayət işi açılıb.

Qaziler.az xəbər verir ki, “Nyus.ru” keçmiş deputatın “Aleksey Qorinova azadlıq!” teleqram kanalında istinadla verdiyi məlumata görə, o, hazırda terrora haqq qazandıran məqalə ilə ittiham olunur.

Qorinov bildirib ki, oktyabrın 5-də terrorçuluğa bəraət qazandırdığına görə ona qarşı yeni cinayət işinin başlanması ilə əlaqədar Vladimirdəki 1 saylı istintaq təcridxanasına köçürülüb. Keçmiş deputat öz ölkəsində özünü hərbi əsir kimi hiss etdiyini etiraf edib.

QAZİLER.AZ

Diaspora