Roma Papası I Fransisk İsrail-HƏMAS müharibəsi başlayandan bəri etdiyi ikinci çıxışında HƏMAS-ı israilli girovları azad etməyə çağırıb.
Qaziler.az xəbər verir ki, məlumatı “The Times of İsrael” yayıb.
“Mən İsraildə, Fələstində baş verənləri ağrı və narahatlıqla izləməyə davam edirəm. Çoxlu sayda insan ölüb, yaralanıb”, - Papa Vatikanda Müqəddəs Pyotr meydanında həftəlik xütbədə çıxışında deyib.
O, bayram gününün matəm gününə çevrildiyini görən ailələrə dua etdiyini və girovların dərhal azad olunmasını xahiş edib.
Papa İsrailin Qəzzanı mühasirəyə almasından narahatlığını ifadə edərkən onun özünü müdafiə etmək hüququna malik olduğunu da vurğulayıb.
“Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququdur", - o deyib.
Report.az