Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Gürcüstanın 2009-cu ildə birliyi tərk etməsinə baxmayaraq, Gürcüstanı MDB-nin üzvü kimi qeyd edib.
Qaziler.az-ın gürcü mətbuatına istinadən məlumatına görə, Putin qeyd edib ki, Gürcüstan, Moldova və Ukrayna təşkilat formatında işləmir.
“MDB-yə daxil olan Gürcüstan və Ukrayna bu formatda işləmir, və Moldova praktiki olaraq öz "şəxsiyyətini itirib", lakin bu, onların seçimidir...” - RİA Novosti Rusiya prezidentinin sözlərindən sitat gətirir.
Sovet İttifaqının dağılmasından sonra MDB SSRİ-nin bir növ hüquqi varisinə çevrilib, Baltikyanı ölkələr və Türkmənistan istisna olmaqla, keçmiş respublikaların əhəmiyyətli hissəsini birləşdirib.
Gürcüstan MDB-yə 1993-cü ildə Abxaziya müharibəsindən sonra qoşulub və 2009-cu ildə, avqust müharibəsindən sonra təşkilatı tamamilə tərk edib. Ukrayna heç vaxt MDB-nin üzvü olmayıb, lakin 2018-ci ildə MDB müqavilələrindən çıxıb, Moldova artıq bu istiqamətdə işə başlayıb.
QAZİLER.AZ