Sankt-Peterburqda silahlı şəxs Merkuryeva küçəsində yerləşən "Sberbank" filialını qarət edib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 13-də “İzvestiya”ya mənbə məlumat verib.
“Qara gödəkçəli adam əlində tapançaya bənzəyən əşya ilə içəri daxil olub və 3 dəqiqə ərzində pulla bankı tərk edib", - məlumatda deyilir.
Mənbənin verdiyi məlumata görə, soyğunçu silahı bank işçisinə tuşlayıb, bundan sonra o, masasından pulu ona verib. Sonra qarətçi həmin bank işçisini onunla birlikdə kassaya yaxınlaşmağa məcbur edib, pəncərədən bir az da pul alıb.
Hüquq-mühafizə orqanları cinayətkarı isti izlərlə yaxalaya bilməyib, onun axtarışları davam etdirilir.
QAZİLER.AZ