Quranı yandıran rusiyalının həbs müddəti uzadıldı

Quranı yandıran rusiyalının həbs müddəti uzadıldı backend

Quranı yandıran Nikita Juravelin həbs müddəti altı ay uzadılıb.

Qaziler.az RİA Novosti-yə xəbər verir ki, Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsi Quranı yandırmaqda ittiham olunan 19 yaşlı tələbə Nikita Juravelin həbs müddətini uzadıb.

Gənc daha 6 ay həbsdə qalacaq. O, məhkəmə iclasında təqsirini qismən etiraf edib.

Xatırladaq ki, mayın 19-da sosial şəbəkələrdə Volqoqraddakı Katedral məscidində Juravelin Quranı yandırmasının görüntüləri yayılıb. İstintaq Komitəsi rusiyalıya qarşı dindarların hisslərini təhqir etmək məqsədi ilə ictimai hərəkətlərə görə cinayət işi açıb. Mayın 27-də Juravel Çeçenistana aparılıb.

QAZİLER.AZ

Diaspora