Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniyanın məlumatına görə, səfirliyə İsraildə yaralanan və ya itkin düşən Gürcüstan vətəndaşları barədə məlumat daxil olmayıb.
Qaziler.az bildirir ki, səfir yalnız Gürcüstan vətəndaşının qızı və İsraildə doğulanTamar Qoldenberqin hələ də tapılmadığını deyib.
“Qəzza zolağında hərbi əməliyyat aparılır. Dünən İsrailin mərkəzində vəziyyət nisbətən sakit idi, baxmayaraq ki, Aşkelon və Aşdoda, eləcə də Beer-Şevaya aviazərbələr endirildi. İsrailin hava hücumundan müdafiə qüvvələri hücumların böyük əksəriyyətini dəf edib. Xəsarət alan və itkin düşən Gürcüstan vətəndaşları barədə məlumat verilməyib.
Yeganə hal odur ki, biz hələ də Tamar Qoldenberqin izinə düşə bilmirik. O, Gürcüstan vətəndaşının qızıdır, əslən Abxaziyadandırlar. Onlar İsrailə 30 il əvvəl gəliblər. Tamar burada doğulub, yəqin ki, qaçıranların əlindədir. Onun haqqında məndə olan məlumat budur. Bu gün döyüş zamanı qəhrəmancasına həlak olmuş cəsur gürcü yəhudisi Moşiaşvilinin dəfn mərasimi keçiriləcək. Onun qardaşı 2014-cü ildə hərbi əməliyyat zamanı həlak olub. Bu böyük faciə bizim gürcü yəhudilərinin ailəsində baş verib”, - deyə Laşa Jvaniya bildirib.
QAZİLER.AZ