Qvatemalada xilasedicilər El-Kambre Dos kəndində baş verən torpaq sürüşməsi nəticəsində itkin düşən yüzlərlə insanın axtarışını davam etdirirlər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, indiyə qədər 26 nəfərin cəsədi tapılıb. Xilas olunanlar müvəqqəti sığınacaqlara aparılıb.
Güclü leysan yağışlarının səbəb olduğu sürüşmə Qvatemala paytaxtından 15 kilometr aralıda yerləşən kəndi daş və torpağın altında qoyub.
Hadisə yerində fəaliyyət göstərən müxbirlər dağıntılar altında qalan insanların öz qohumlarına zəng etdiklərini və mesaj yazdıqlarını bildirirlər.