“Eurotunnel” kompaniyası Böyük Britaniya və Fransa arasındakı La-Manş boğazı altından keçən Avropa tunelinə mühacirlərin daxil olması səbəbindən qatarların hərəkətini müvəqqəti dayandırmışdı.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın mətbuat xidmətinin nümayəndəsi ötən gecə tunelə çox sayda mühacirin daxil olduğunu deyib. Təxminən 100 nəfərlik qrupun Fransa terminalındakı sədləri aşaraq tunelə girdiyi bildirilir.
Britaniya hökuməti Fransa polisi ilə əməkdaşlıq şəraitində dəmir yol xətlərini azad etməyə nail olub. Son məlumata görə, tuneldə qatarların hərəkəti bərpa olunsa da, sərnişinlərə ləngimələr baş verə biləcəyi barədə xəbərdarlıq edilib.