İsrail Müdafiə Ordusu Qəzzanın mülki əhalisini zolağın cənubundakı ərziyə köçməyə çağırıb.
"Report" “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, 1,1 milyon insandan evlərini tərk etmələri istənilib.
“HƏMAS İsrail dövlətinə qarşı müharibə aparır və Qəzza şəhəri hərbi əməliyyatların aparıldığı ərazidir. Bu evakuasiya sizin öz təhlükəsizliyiniz üçün vacibdir. Siz Qəzza şəhərinə yalnız bununla bağlı başqa bir elan verildikdə qayıda biləcəksiniz. Təhlükəsizlik divarının sahəsinə yaxınlaşmayın”, - məlumatda qeyd olunub.