Hatayda İŞİD və Əl-Qaidə əməliyyatı: Saxlanılanlar var

Hatayda İŞİD və Əl-Qaidə əməliyyatı: Saxlanılanlar var backend

Türkiyənin Hatay bölgəsindəki İskəndərun və Belen rayonlarında terror təşkilatları İŞİD və Əl-Qaidəyə qarşı keçirilən əməliyyatda 3 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bölgə təhlükəsizlik müdirliyi qrupları İskenderun Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Suriyada fəaliyyət göstərdikləri müəyyən edilən terror təşkilatı İŞİD və Əl-Qaidə üzvlərinin tutulması üçün əməliyyat keçirilib.

Əməliyyatçılar İsgəndərun və Belen rayonlarında gizlənən İŞİD və Əl-Qaidə terror təşkilatlarının üzvləri F.H, D.E, A.C-ni saxlayıb.

QAZİLER.AZ

Diaspora