Rusiya işğal olunmuş Krımda 2500 nəfəri səfərbər etmək istəyir

Rusiya işğal olunmuş Krımda 2500 nəfəri səfərbər etmək istəyir backend

Krımdakı işğalçı “administrasiya” ilin sonuna qədər 2500 nəfəri Rusiya ordusuna səfərbər etmək istəyir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Müqavimət Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Krımdakı işğal administrasiyası cari ilin sonuna kimi 2500-ə yaxın çağırış yaşına çatmış şəxsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına “hərbi xidmətə” səfərbər etmək imkanını nəzərdən keçirir.

"Krım Respublikası Hərbi Komissarlığının vətəndaşların hərbi xidmətə hazırlanması və çağırılması şöbəsi" tapşırıqların gələcəkdə həyata keçirilməsi üçün səfərbərlik planı hazırlayır.

Milli Müqavimət Mərkəzi xatırladıb ki, Ukraynanın şərqi və cənubunun müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərinin Rusiya Silahlı Qüvvələri sıralarına çağırılması Müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Konvensiyanın maddələrinin pozulmasıdır.

QAZİLER.AZ

 

Diaspora